Atasını qətlə yetirən 15 yaşlı qız saxlanıldı

15:26 04.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 2-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Hafta.az-a bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.